Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon yeni təyin olunmuş icra hakimiyyəti başçısı Əkbər Abbasov tərəfindən rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 33 vətəndaş, eləcə də şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edildi.
İcra hakimiyyətinin başçısı tərəfindən qəbul edilən rayon sakinlərin müraciətləri əsasən işlə təmin olunma, tikinti materialının verilməsi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi. Qəbulda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən irəli sürülən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi, onların icrasını nəzarətə götürdü.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü