İyulun 27-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, Şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva,digər şəhid anaları, YAP rayon təşkilatının əməkdaşları, təhsil işçiləri, kənd sakinləri Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmuş Zülfüqarov Məlik Kamran oğlunun doğum günü ilə əlaqədar şəhidin rayonunun Karrar qəsəbəsində yerləşən məzarını ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər.Sonra Kürdəmir rayon Karrar qəsəbə tam orta məktəbinin şagirdləri Şəhidlər haqqında hazırladıqları bədii kompozisiyanı səsləndirmişlər.
“İki sahil” xəbər verir ki, daha sonra tədbir iştirakçıları şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstərmişlər. YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirdi ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bu günkü qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi.
Tədbirdə çıxış edənlər şəhid Zülfüqarov Məlik Kamran oğlunun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən söhbət açmışlar.
Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Bildirildi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Məlik Zülfüqarov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Bu Vətən, bu xalq sizləri heç vaxt unutmayacaq!