İyulun 27-də YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi, aparat işçiləri və partiya fəalları Cəlilabad rayon Badamağac kəndində şəhid Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, mərasim torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları şəhidin ailəsi ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə ediblər.