İyulun 27-də 44 günlük Vətən müharibəsində şəhid olan Gədəbəy rayonunun Arabaçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin Fərzalı kəndindən Teymurlu Orxan Şaiq oğlunun doğum günündə xatirəsi anılıb.
“İki sahil” xəbər verir ki, mərasimdə YAP Gədəbəy rayon təşkilatının sədri, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri, 103 saylı Dairə Seçki Komissiyasından seçilən deputatın köməkçisi və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Yaşasaydı Orxanın 26 yaşı tamam olacaqdı.
Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana öz minnətdarlığını bildirdi.