Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il tarixli Sərəncamı ilə Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilib. Artıq yeni başçı iş başındadır. O, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən kollektivə təqdim olunub.
Təqdimatdan sonra rayon icra hakimiyyəti başçısı cənab Əkbər Abbasov müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, abidə önünə tər gül-çiçək dəstələri qoyubdur. Daha sonra ikinci Qarabağ müharibəsində Vətən uğrunda canından keçmiş lerikli şəhidlərin əziz xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksini və qalib şəhid Amid Rəbbil oğlu Heydərovun büstünü ziyarət edib və önünə tər gül-çiçək dəstələri düzübdür.
Yeni icra başçının Vətən müharibəsi Qəhrəmanı Amidin atası Rəbbil Heydərovla da görüşü səmimi keçib. O, şəhid atasının vəziyyəti ilə dərindən maraqlanıb, həmişə ona dəstək durmağı söyləyib.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü