Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ceyranbatan qəsəbə 4 ünvanında yerləşən (Ceyranbatan su təchizatı idarəsi) ərazi partiya təşkilatının üzvləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, öncə görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsinə çevrilərək uğurlu fəaliyyət göstərir və onun 800 minə yaxın üzvü var.YAP yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu öz fəaliyyəti ilə sübuta yetirib. Əminliklə demək olar ki, yaradıcısı Ulu Öndər olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ötən ilin mart ayının 5-də keçirilən YAP-ın VII qurultayında qəbul edilən qərarlara toxunaraq, partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən,rayon təşkilatının fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışaraq, ərazi partiya təşkilatının üzvlərinə tövsiyələrini verib.