Hacıqabul rayonunun Padar qəsəbəsində Vətən müharibəsi şəhidi Ağayev Mənsur Ağa oğlunun doğum günü qeyd edilib.
“İki sahil” xəbər verir ki, bu münasibətilə YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov və digər rəsmi şəxslər, şəhidin ailə üzvləri və yaxınları şəhidin məzarını ziyarət etdilər, ruhuna dualar oxuyublar.