Polisin qanuni tələbinə əməl etməyən şəxs həbs olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, “BMW” markalı, 99-FL-788 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Kazımov Qəzənfər İlqar oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Q.Kazımov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 8 gün müddətində inzibati qaydada həbs edilib.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək