Yeni Azərbaycan Partiyasının Masallı rayon fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbir “Azərbaycan dili və əlifbası milli-mənəvi dəyərlərimizin ən qiymətli xəzinəsidir” adlanırdı. Tədbirin təşkilatçısi isə YAP Masallı Rayon Təşkilatı idi .
Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının əməkdaşı Eldar Kazımov çıxış etdi:- Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri vardır. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı göstərilir. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması onun gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Nəzərinizə çatdırım ki, 1993-cü ildə dahi şəxsiyyət ikinci dəfə hakimiyyətə gələndə Azərbaycan dili öz inkişafında yeni mərhələyə çıxdı. 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dili adının bərpa edilməsi Ulu Öndər Heydər Əliyevin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu.
Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Bədəlan tam orta məktəbinin müəllimi, filoloq Məhbubə Şahbazova, Güllütəpə kənd tam orta məktəbinin müəllimi Rövşən Muxtarov da dilimizlə bağlı öz fikirlərini bildirdilər. Belə ki, onlar Ulu Öndərin verdiyi Fərmanı əsasında ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin 2001-ci ilin avqustunda bütövlükdə təmin etdiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu dilə gətirdilər, eləcə bütün çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davamından danışdılar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək