Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov İstisu qəsəbəsində səyyar qəbul görüşü keçirdi. Açıq havada baş tutan tədbirdə əvvəlcə Vətən yolunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İcra başçısı səyyar qəbulun keçirilmə məqsədi barədə deyib ki, yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulması, qarşılıqlı etimadın güclənməsi və onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsi dövlətin qarşısında duran əsas məsələdir.
İcra başçısı şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının qayğılarını, problemlərini diqqətlə dinlədi, qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıq və göstərişlərini verdi.
O, çıxışının davamında deyib: “Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində insan amili dayanır. Vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin yaranması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurəti müasir dövrün tələbidir.
Azərbaycan xalqı yumruq kimi dövlət başçısının ətrafında birləşməklə zəfərə imza atdı. Hazırda azad olunan torpaqlarımız yenidən qurulur. Artıq Ağalı kəndinə yerli sakinlərin Böyük Qayıdışı təmin edilib. Qarabağdakı quruculuq və bərpa işləri tamamilə Azərbaycan dövlətinin və xalqının maddi və mənəvi gücü ilə həyata keçirilir”.
İcra başçısının səmimi çıxışından sonra istisulular öz təkliflərini söyləyib, problem və qayğılarının həllinə ən qısa zamanda nail olacaqlarına inamlarını ifadə etməklə dövlət başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılığa doğra dəyişdiyi, müraciətlərinə obyektiv və operativ baxıldığı, sosial infrastruktur layihələrinin uğurla həyata keçirildiyi üçün dərin minnətdarlığını bildirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək