İraqın paytaxtı Bağdad şəhərində etiraz aksiyaları zamanı azı bir nəfər ölüb, 125 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, yaralananlar arasında 25 İraq əsgəri də var.
Təhlükəsizlik qüvvələri Bağdadda xarici diplomatik nümayəndəliklərin yerləşdiyi “yaşıl zona”nın ətrafına çəkilmiş beton hasara hücum edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bundan əlavə, bir neçə etirazçı rezin güllələrdən yaralanıb.
***
İraqın paytaxtı Bağdadda siyasi xadim Müqtəda əs-Sədrin tərəfdarları etiraz aksiyalarını davam etdirib.
“İki sahil” xəbər verir ki, Məhəmməd Şiyah əs-Sudaninin namizədliyinin baş nazir vəzifəsinə irəli sürülməsinə etiraz edən aksiya iştirakçıları səsvermənin keçirildiyi parlament binasına daxil olub.
Təhülkəsizlik qüvvələri etirazçıların qarşısını gözyaşardıcı qaz vasitəsilə almağa çalışsa da, bir qrup şəxs binaya daxil ola bilib.
Bundan əvvəl, etirazçılar Konstitusiya məhkəməsinin binasına daxil olmağa çalışmışdı. İlkin məlumatlara əsasən, baş verən iğtişaşlar zamanı azı 4 nəfər xəsarət alıb.
Xatırladaq ki, etirazçılar bir neçə gün əvvəl də parlament binasına daxil olsa da, Müqtəda əs-Sədrin çağırışından sonra binanı tərk etmişdi.
Ruminiyanın "F-16" qırıcısı Qara dənizdə qaz yatağı yaxınlığında dəniz dronunu məhv edib
Hökumətin yeni proqramı "Real Ermənistan" konsepsiyası üzərində qurulub - Paşinyan
Seul KXDR-ın Yaponiya dənizi istiqamətində 10-a yaxın raket buraxdığını bəyan edib