Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 994 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 340, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 241, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 816 min 323, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 366 min 563, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 857 min 770 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 337 min 654, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 min 336 nəfərdir.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək