31 iyul 2022 14:09
866

Yeni icra başçısının ilk səyyar qəbulu FOTO

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun səyyar qəbul görüşü  Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Osyodərə, 
Bülüdül, Biləvər, Şivlə, Xanəgah, Gendov, Geskon və Züvüc kənd inzibati  ərazi dairəsi üzrə nümayəndəliyinin Züvüc, Zövnə, Çeşman və Arta 
kəndlərinin sakinləri arasında baş tutdu.

Tədbirdə  icra hakimiyyəti aparatının  məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar  təşkilatların rəhbər işçiləri iştirak edirdilər. İcra  başçısı  görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin  tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə  uyğun olaraq bu gün sizlərlə görüşürük.  Əsas məqsəd kənddəki mövcud vəziyyəti vətəndaşların dilindən öyrənərək həlli mümkün olan məsələləri yerinə qoymaq, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.  Kənd sakinləri çıxış edib bir sıra məsələlərlə bağlı rəy və təkliflərini söylədilər. Qaldırılan  hər bir təklif və şikayətlərin araşdırılması, icrasına nail olmaq  məqsədilə görüləcək tədbirlər qeyd alındı,  onların həllindən ötrü müvafiq  qurumlara tapşırıqlar verildi. Rayon rəhbəri Züvüc kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə  ucalmış  Şahin Afat oğlu Tahirlinin xatirəsinə inşa edilmiş bulaq kompleksini  baş çəkdi, şəhidin atası ilə  görüşdü,  ailənin bütün  problemlərinə dəstək  olmağı dedi.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü