31 iyul 2022 16:50
738

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 3 min 129 test nəticəsində məlum olub ki, 434 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 798 min 838-ə yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 1 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 9 min 748 nəfər təşkil edib.

Daha 324 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 786 min 682-yə yüksəlib.