Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 682 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 119, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 130, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 220 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 818 min 5, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 366 min 776, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 857 min 889 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 338 min 784, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 min 556 nəfərdir.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək