44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. I Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğulların adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Canını doğma Azərbaycanın bütövlüyü uğrunda qurban verib şəhidlik zirvəsinə ucalanların əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.
Bu səmimi fikirləri Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov bir qrup şəhid ailələr ilə görüş zamanı söylədi. Onu da bildirdi ki, Vətənin azadlığı uğrunda canını fəda edən lerikli igidlər çoxdur. Rayonda hər yerdə, hər zaman onların adları fəxrlə çəkilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Şəhid ailələrinə dövlət tərəfindən daim dəstək göstərilir, onlara mənzillər, minik avtomobilləri verilir. Bundan sonra şəhid ailələri ilə belə görüşlər mütəmadi olaraq davam edəcəkdir.
Rayon rəhbəri görüşdə şəhid ailələrinin problemləri və onları narahat edən məsələləri dinlədi. Əksər müraciətlər yerindəcə öz həllini tapdı.
Görüşdə iştirak edən şəhidlərin valideynləri də danışdılar. Onlar övladlarının keçdikləri döyüş yolundan söz açaraq onlarla bağlı xatirələrini bölüşdülər, diqqət və qayğıya görə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanlarına səmimi ürəkdən gələn sözlər dedilər.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək