YAP İmişli rayon təşkilatı və Ümid Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” münasibətilə “Dil hər bir millətin varlığını müəyyənləşdirən amildir” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Ümid Tədris Mərkəzinin təsisçisi Ceyhun Quliyev, YAP fəalları, tədris mərkəzinin müəllim kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə Ümid Tədris Mərkəzinin təsisçisi Ceyhun Quliyev bildirib ki, dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, millii tövlətçilik tarixinin qızıl səhifəsidir. Dil istənilən xalq üçün maddi və qeyri maddi irsin qorunası inkişaf və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir.
Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki, bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.
Digər çıxış edənlər ana dilimiz olan Azərbaycan dilinin inkişafında onun dünyada tanınmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açıblar.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək