Goranboy rayonu Düzqışlaq kəndində Vətən müharibəsi şəhidi Eldar Baxşıyev Sultan oğlunun xatirəsi yad edilib.
“İki sahil” xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak ediblər.
Görüşdə çıxış edən Anar Məmmədov şəhid Eldar Baxşıyevin ailəsinə başsağlığı verərək onlara Allahdan səbr diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, əsgər və zabitlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
Deputat Anar Məmmədov, rayon ağsaqqalları və ziyalıları daha sonra şəhidin adını daşıyan küçəyə gedərək, xatirəsini ehtiramla yad edib, baralyefi önünə gül dəstələri düzüblər.
Eldar Baxşıyevin valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək