05 avqust 2022 08:33
724

Kosmik gəminin qırıqları qoyun fermasına düşüb

Avstraliya hökuməti iyulda bir qoyun fermasından tapılan metal parçasının kosmik raketə aid olduiğunu təsdiqləyib.

“İki sahil” xəbər verir ki, hökumət bildirib ki, söhbət Space X şirkətinin raketlərindən birinə məxsus detaldan gedir. Çobanlar metal məmulatı qoyun fermasında aşkar etdikdə dövlət qurumlarına xəbər veriblər. Maraqlıdır ki, kosmik tullantının düşməsi zamanı heç bir səs eşidilməyib.