05 avqust 2022 22:57
755

Vətəndaşların problemləri həll edilir FOTO

Dövlət  başçısının göstəriş və tələblərini gündəlik fəaliyyətində rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerlərdə vətəndaşlarla açıq formatda dialoqun qurulması istiqamətində  səyyar qəbul-görüşlərini   davam edir.  Aşağı Nüvədi qəsəbəsi və Güvənil kəndinin sakinləri ilə görüşü  də səmimi alındı.  

Vətən naminə  canından keçən qəhrəman oğulların xatirəsinin bir dəqiqəlik sükutla anılmaqla başlanan görüşdə icra başçısı birinci  həssas sosial təbəqələrin,  şəhid ailələrin, qazilərin, Birinci və İkinci Qarabağ müharibələrinin veteranların,  aztəminatlı və çoxuşaqlı ailələrin  vəziyyətləri ilə maraqlandı.  İcra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlərin yerindəcə həll olunması üçün göstərişlərini verdi, vaxt tələb edən məsələlər barədə  isə aidiyyəti qurumlara rəsmi müraciət olunması, eləcə nəticəsi barədə vətəndaşlara qanuna müvafiq  formada cavablar veriləcəyini bildirdi.

Sonra vətəndaşlar qarşısında çıxış etdi:- Bütün şəhid ailələri, Vətən müharibəsi əlilləri birdəfəlik ödəmələrlə təmin olunublar. Baş nazirin müvafiq sərəncamı ilə artıq 4 avqustdan 11 min nəfərədək  Birinci Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmələr həyata keçirilib. Bu, dövlətin heç kimə qarşı ayrı-seçkilik etmədən ədalətli yanaşmasının təzahürüdür.   

Aşağı Nüvədi qəsəbəsinin və Güvənil kəndinin sakinləri səmimi qəbul-görüşdən  razı qaldılar, ölkədə hər bir vətəndaşa  göstərilən diqqət və qayğının son dövrlər daha da artmasına, insan amilinin sosial dövlət quruculuğu prosesində orbitdə dayanmasına və sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq şəkildə artmasına görə  Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər.

Zəfər Orucoğlu,
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü