01 sentyabr 2022 15:19
571

Masallıda Vətən müharibəsi şəhidi Elmir Akifzadənin doğum günü qeyd olunub - FOTO

Masallı rayon Banbaşı kəndində Vətən müharibəsi Şəhidi  Akifzadə Elmir Gündüz oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar,kənd sakinləri və partiya fəalları Şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.