ABŞ-ın Florida ştatının məhkəməsi sabiq prezident Donald Trampın evindən götürülmüş sənədlərin müstəqil ekspert tərəfindən dəyərləndirilməsi təklifini rədd edib.
“İki sahil” xəbər verir ki, bir müddət əvvəl Donald Trampın vəkilləri sabiq prezidentdən götürülən sənədlərin müstəqil hüquqşünaslar tərəfindən dəyərləndirilməsini təklif edib. Prokurorluq bu qərara qarşı çıxıb.