02 sentyabr 2022 13:43
640

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatları sədrlərinin yığıncağı keçirilib FOTO

Sentyabrın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının qərargahında  ərazi partiya təşkilatı sədrlərinin yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev tarixi Qələbəmizdən, Prezident İlham Əliyevin Brüsseldə keçirdiyi çox uğurlu üçtərəfli görüşdən, Laçın şəhərinə və iki kəndə nəzarətin Azərbaycan Ordusu tərəfindən həyata keçirilməsindən söhbət açıb.

Yığıncaq iştirakçılarına bu ilin noyabr ayında partiyamızın 30 illik yubileyinin rayon ərazisində yüksək səviyyədə keçirilməsi ilə bağlı hazırlanan tədbirlər planı və yerlərə göndərilməsi nəzərdə tutulan YAP fəallarının siyahısı təqdim olunub.

Eyni zamanda sosial şəbəkələrdə partiya fəallarının daha fəal olmaları ilə bağlı sədrlərə müvafiq tapşırıqlar verilib.

Yığıncaqda çıxış edənlər Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin apardığı çox uğurlu siyasətin əhali arasında geniş şəkildə təbliğinin təşkil olunmasına və partiyamızın 30 illik yubileyinin yüksək səviyyədə keçirilməsini yüksək səviyyədə təşkil edəcəklərinə söz veriblər.

Yığıncaqda digər cari məsələlər də müzakirə olunub.

Cavid Əkbərov, "İki sahil"