02 sentyabr 2022 17:14
439

"Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə" təlimi keçirilib - FOTO

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikoloji Danışma ve Rehberlik dərnəyinin birgə əməkdaşlığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunda "Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə" təlimi çərçivəsində Türkiyə Respublikasından dəvət edilmiş professor-dosent heyəti ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyevin iştirak etdiyi görüşdə məktəb psixoloqlarının peşəkar inkişafı, bu istiqamətdə birgə görüləcək işlər müzakirə edilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Türkiyədən dəvət edilmiş professor-dosent heyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən 85 nəfər qeyri ixtisas 135 nəfər ixtisaslı olmaqla ümumilikdə 220 nəfər məktəb psixoloqunun həm nəzəri, həm də praktik biliklərini artırmaq, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırmaq məqsədi ilə "Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə" təlimi həyata keçirilib. Təlimlərin ilk mərhələsində İnstitut əməkdaşları tərəfindən 85 nəfər qeyri ixtisaslı məktəb psixoloqlarına 40 saatlıq, daha sonra ümumilikdə bütün iştirakçılara Türkiyədən dəvət edilmiş professor-dosent heyəti tərəfindən 60 saatlıq təlim təşkil olunub. Bununla yanaşı təlim prosesində superviziya saatları da keçirilib.