02 sentyabr 2022 22:42
600

"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

"Qarabağ" komandasının UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsi açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Qurban Qurbanov siyahıya 25 futbolçu əlavə edib.

Bunlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi və 4-ü hücumçudur. 

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin görüşləri 8 sentyabr – 3 noyabr tarixləri arasında keçiriləcək. "Qarabağ" G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) komandaları ilə üz-üzə gələcək.