04 sentyabr 2022 17:04
436

Koronavirusdan sağalanların sayı yoluxanlardan çox olub

Ötən gün ölkəmizdə aparılan 3 min 503 test nəticəsində məlum olub ki, 476 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 815 min 523-ə yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 3 nəfərin dünyasını dəyişməsi nəticəsində ölənlərin ümumi sayı 9 min 825 nəfərə yüksəlib.

Daha 549 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 802 min 256-ya yüksəlib.