04 sentyabr 2022 17:08
437

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 113 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 160, “buster” doza ilə peyvənd olunanların sayı 658, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 93 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 865 min 338, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 374 min 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 863 min 804 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 366 min 973, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 min 657 nəfərdir.