10 sentyabr 2022 08:51
608

Əcnəbi səyyahlar Ağalı kəndində olublar - FOTO

Əcnəbi səyyahlar Zəngilan rayonunun Ağalı kəndində olublar.

“İki sahil” xəbər verir ki, onlara bərpa işləri haqqında danışılıb.

Zəngilanın Ağalı kəndi haqqında, həmçinin “Ağıllı kənd”in üstünlükləri barəsində səyyahlara məlumat verilib.

Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

3 gündür davam edən səfərdə səyahətçilər ilk günü Şuşa və Ağdam şəhərlərini, ikinci günü Füzuli, Xocavənd rayonu, bu gün-son gün isə Zəngilan və Cəbrayılı ziyarət edəcəklər.

Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır