10 sentyabr 2022 11:27
571

DOST Agentliyi tərəfindən göstərilən xidmətlər daha da təkmilləşdirilir

DOST Agentliyi tərəfindən göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən xəbərə görə, bunu Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov nazirlik yanında İctimai şura üzvləri ilə görüşdə bildirib.

O, aparılan işlərin xidmətlərin vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunmasına yönəldiyini diqqətə çatdırıb.

Bildirilib ki, indiyədək DOST Mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz olub.

İctimai şuranın sədri Elşad Məmmədov şuranın fəaliyyəti barədə məlumat verib, belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Sonda İctimai şura üzvləri ilə birgə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.