10 sentyabr 2022 13:28
545

Məzahir Əfəndiyev seçiciləri ilə görüşüb

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev seçki ərazisindən daxil olan müraciətlərə, habelə  Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanunun 18 maddəsinə əsasən əraziyə səfəri çərçivəsində  sentyabrın 9-da növbəti vətəndaş qəbulunu keçirib.

Göyçay Rayon İcra Hakimiyyətində keçirilən qəbulda görüş zamanı seçiciləri narahat edən məsələlər dinlənilib.

Qəbula gələn vətəndaşların səsləndirdikləri problemlər sırasında əsasən səhiyyə, pensiya, məşğulluq, həmçinin mənzil-məişət problemləri ilə bağlı məsələlər başlıca yer alıb.

Deputat səlahiyyətlərinə aid olan problemlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılıb. Eyni zamanda deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da vurğulanıb.

Qeyd edək ki, keçirilən qəbulda 10-a yaxın seçici iştirak edib.