10 sentyabr 2022 17:39
627

Türkiyədə təsadüfən yeraltı qədim şəhər aşkar edilib

Türkiyənin Konya vilayətinin Sarayonu rayonunda inşaatçılar yaşayış məntəqələrindən birinin infrastrukturunun genişləndirilməsi istiqamətində iş apararkən təsadüfən qədim yeraltı şəhər aşkar ediblər.

“İki sahil” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhərdəki əsas tikililər erkən Bizans dövrünə aiddir.

Yerli hakimiyyət orqanları yerli və xarici turistlərin diqqətini Anadolunun tarixi irsinə cəlb edəcək proqram həyata keçirir.

Arxeoloqların fikrincə, yerin altında 20 kvadratmetr sahəsi olan otaqlar var. Otaqlar müxtəlif uzunluqlu tunellər şəbəkəsi ilə bir-birinə bağlıdır.

İlkin məlumatlara görə, yeraltı şəhərin ümumi sahəsi 5 min kvadratmetrə çata bilər

Yerin altından tapılan tapıntıların əksəriyyəti eramızın 8-ci əsrinə aiddir.