10 sentyabr 2022 18:40
581

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 3 min 252 test nəticəsində məlum olub ki, 274 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 817 min 596-ya yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 3 nəfərin dünyasını dəyişməsi nəticəsində ölənlərin ümumi sayı 9 min 852-yə yüksəlib.

Daha 613 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 805 min 170-ə yüksəlib.