Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 662 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 454, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, “buster” doza ilə peyvənd olunanların sayı 835, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 151 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 872 min 584, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 376 min 789, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 864 min 789 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 370 min 682, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 min 324 nəfərdir.