11 sentyabr 2022 18:35
543

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 2 min 875 test nəticəsində məlum olub ki, 266 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 817 min 862-yə yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 2 nəfərin dünyasını dəyişməsi nəticəsində ölənlərin ümumi sayı 9 min 854-ə yüksəlib.

Daha 459 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 805 min 629-a yüksəlib.