11 sentyabr 2022 18:45
709

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 234 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, “buster” doza ilə peyvənd olunanların sayı 665, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 111 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 873 min 818, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 377 min 80, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 864 min 956 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 371 min 347, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 min 435 nəfərdir.