12 sentyabr 2022 10:25
632

Deputat Naftalanda yüksək bal toplayan tələbələrlə görüşüb - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Naftalan şəhərində  yüksək bal toplayan tələbələrlə görüşüb və onları mükafatlandırıb.

“İki sahil” xəbər verir ki, görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, ağsaqqallar və ziyalılar iştirak edib.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyulub. Daha sonra yüksək bal toplayan tələbələrlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Anar Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb.

Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar  və hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkdirilib.