14 sentyabr 2022 10:08
681

Şəhid Cavidan Bədəlovun cənazəsi ailəsinə təhvil verilib

Şəhid Bədəlov Cavidan Zaur oğlunun cənazəsi ailəsinə təhvil verilib.

“Report”un məlumatına görə, şəhidin cənazəsi səhər saatlarında doğulduğu İsmayıllı rayonunun Talıstan kəndinə gətirilib.

1996-cı il təvvəllüdlü C.Bədəlov günorta saatlarında ailəsinin istəyi ilə kənd qəbiristanlığında torpağa tapşırılacaq.