15 sentyabr 2022 16:19
603

Türkiyə millisinin Cümhuriyyətin 100 illiyinə özəl formaları - FOTO

Türkiyə Futbol Federasiyası ölkənin əsas millisinin 2023-cü ildə geyinəcəyi formaları təqdim edib.

 

“İki sahil” xəbər verir ki, geyim Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub. Yığmanın 1-ci forması qırmızı rəngdədir. Onun üzərində naxışlar var.

Digər geyim isə ağ rəngdədir və onun üzərində, boyun və qol hissəsində qırmızı zolaqlar yer alıb. Formaların üstündə Türkiyə bayrağı var.