15 sentyabr 2022 16:11
607

Mesut Özil Azərbaycana dəstək olub FOTO

Türkiyənin "Başakşehir" klubunda çıxış edən Almaniya millisinin sabiq futbolçusu Mesut Özil Azərbaycan - Ermənistan sərhədində baş verənlərlə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi şəxsi instaqram hesabında öz dəstəyini nümayiş etdirib

Özil şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib və onların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsi dönəmində də eyni addımı atıb.