17 sentyabr 2022 10:41
575

Goranboyda şəkər çuğunduru daşıyan yük maşını aşıb

Goranboyda yük maşını aşıb, daşıdığı tonlarla çuğundur avtomobil yoluna dağılıb.

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon Muzdurlar kəndindən keçən hissəsində yük avtomobilinin təkəri partlayıb.

Nəticədə avtomobil aşıb və daşıdığı tonlarla şəkər çuğunduru yola dağılaraq, magistralda avtomobillərin hərəkətini çətinləşdirib.

Hadisə yerinə texnikalar cəlb edilib və yola dağılan çuğundur təmizlənib, aşan yük maşını ərazidən kənarlaşdırılıb və hərəkət bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

"Report"