17 sentyabr 2022 17:17
572

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 81 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 166, “buster” doza ilə peyvənd olunanların sayı 511, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 84 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 880 min 506, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 379 min 218, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 865 min 880 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 374 min 423, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 min 985 nəfərdir.