Ötən gün ölkəmizdə aparılan 2 min 718 test nəticəsində məlum olub ki, 180 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 819 min 518-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 2 nəfərin dünyasını dəyişməsi nəticəsində ölənlərin ümumi sayı 9 min 886-ya yüksəlib.
Daha 269 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 807 min 967-yə yüksəlib.