Azərbaycanda son sutkada koronavirus (COVID-19) 900 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, “buster” doza ilə peyvənd olunanların sayı 498, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 77 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 881 min 406, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 379 min 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 866 min 32 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 374 min 921, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 min 62 nəfərdir.