Baş Prokurorluq meşə yanğınları ilə bağlı vətəndaşlara müraciət edib.
“İki sahil” xəbər verir ki, müraciətdə bildirilib ki, meşələrdə olarkən vətəndaşların yanğın təhlükəsizliyi tələblərinə riayət etmələri zəruridir.
Meşə yanğınları aşkar edildikdə, bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinə və ya yerli icra hakimiyyəti orqanlarına məlumat vermək, yanğın aşkar edildikdə, yanğınsöndürmə qüvvələri gələnə qədər onu söndürmək üçün tədbirlər görmək lazımdır.
Müraciətdə yanğınların söndürülməsində dövlət orqanlarına köməklik göstərməyin lazım olduğu da vurğulanıb.