Sentyabrın 21-dən etibarən Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatı, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "İdeya qutusu" layihəsi başlayır.
“İki sahil” xəbər verir ki, 4 ay davam edəcək layihədə 500 nəfərə yaxın gəncin iştirakı hədəflənib.
Gənclər sahəsində daha keyfiyyətli işlərin görülməsi və rayon ərazisində həyata keçirilən layihələrdə gənclərin iştirakçılığının artırılması məqsədilə ideyaların qəbuluna aşağıdakı mövzularda təkliflər qəbul edilir.
1. Gənclərlə işin daha da optimallaşdırılması məqsədilə ideya təklifləri.
2. Gənclərin ekoloji mədəniyyətin yüksəldilməsi məqsədilə ideya təklifləri;
3. İntellektual inkişaf istiqamətlərində təkliflər.
4. Vətənpərvərlik ruhunda ideya təklifləri.
5. Region gənclərinin əməkdaşlıq imkanları mövzusunda ideya təklifləri.
6. Könüllülük fəaliyyəti mövzusunda ideya təklifləri.
7. Sağlam həyat tərzi mövzuda ideya təklifləri və s.
İdeya təklifləri bütün rayon ərazini əhatə edəcəkdir.
İdeya təklifləri noyabrın sonunda yekunlaşdırılması nəzərdə tutulmuşdur. Ən yaxşı 10 ideya təkliflər verən gənclər mükafatlandırılacaqdır. Ən aktual və fəaliyyətimizə uyğun olan 3 nəfər gəncin ideya təklifi özünün iştirakı ilə həyata keçiriləcəkdir.