UNEC-in rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda olub.
Universitetdən "İki sahil"ə verilən xəbərə görə, nümayəndə heyəti öncə institutun həyətində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb.
Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları, eləcə də institutda çalışan və təcrübə keçən UNEC-in tələbə və məzunları ilə görüşən rektor professor Ədalət Muradov burada aparılan elmi-tədqiqat işləri ilə də tanış olub.
Görüşdən sonra UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. UNEC rektoru professor Ədalət Muradov və Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyevin imzaladığı sənədə əsasən, tərəflər ETİ-də həyata keçirilən layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması, hakatonların keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.
Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?