25 sentyabr 2022 17:06
565

Şəkidə “Əlaçı” televiziya layihəsinin seçim turu baş tutub

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 180 nəfər XI sinif şagirdi “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Bildirilib ki, Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan seçim turunda şimal-qərb bölgəsinə daxil olan rayonların hər birindən 30 nəfər (15 qız və 15 oğlan) iştirak edib. Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.

Qeyd edək ki, müsabiqənin yekununa əsasən, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin 15-ci mövsümünün çəkilişlərində iştirak edəcəklər.