26 yanvar 2023 20:31
440

Kişi voleybolçular arasında Yüksək Liqada növbəti tur FOTO

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunu keçirilib. 

“İki sahil” xəbər verir ki,  Voleybol Mərkəzində baş tutan görüşdə “Neftçi” klubu MOİK-lə üz-üzə gəlib. III tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:19 hesablı üstünlüklə bitirən “Neftçi” ikinci hissədə də eyni hesabla qalib gəlib. Pərviz Səmədovun yetirmələri üçüncü setdə isə 25:15 hesabı ilə qalib gələrək yekunda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, bu oyundan sonra ilk 3 xalını qazanan “Neftçi” turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. Aktivində 6 xalı olan  “Murov” birinci, 3  xala sahib “Xarı bülbül” isə set fərqində “Neftçi”ni qabaqlayaraq 2-ci yerdədir. Bu gün məğlub olan MOİK komandası isə sonuncudur.
Xatırladaq ki, III turun sabah keçiriləcək son oyununda "Murov" və "Xarıbülbül" komandaları üz-üzə gələcəklər.
Bununla da I dövrədən yalnız bir matç keçirilməmiş qalacaq. II turdan təxirə salınmış "Xarıbülbül" - "Neftçi" qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.

26 yanvar
Yüksək Liqa (kişilər)
III tur
“Neftçi” - MOİK 3-0 (25:19, 25:19, 25:15)