07 iyul 2023 16:21
405

Biləsuvarda şəhid Turan Əliyevin doğum günü qeyd olunub - FOTO

İyul  ayının 7-də Biləsuvar rayonun Əsgərabad kəndində Vətən müharibəsinin şəhidi Əliyev Turan Sulduz oğlunun anadan olmasının 27-ci il dönümü münasibətilə ailəsi ziyarət edilib.

“İki sahil” xəbər verir ki, mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Şəhid valideyinləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Daha sonra kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  Şəhid Əliyev Turan Sulduz oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Füzulinin  azad olunmasına görə” və “Xocavəndin   azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!