07 iyul 2023 20:07
715

Səbinə Xasayeva 28 May qəsəbəsində seçicilərlə görüşüb FOTO

2023-cü il iyulun 7-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin  deputatı Səbinə Xasayeva  Binəqədi rayonundakı 28 May qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyin binasında seçicilər ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki,  görüşə gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar qəsəbənin ərazisində Ceyhun Orucov kuçəsində (İzlivnoy yaşayış massivində) transformatorun quraşdırılmasına,  Şollar  və Rufiz Budaqov  küçələrinin kəsişməsində  qəsəbə sakinlərinin asudə vaxtlarının səmərəli geçirmələri üçün istirahət parkının salınmasına, Qarabağ küçəsindən çıxan və Mərkəzi kanalizasiya xəttinə birləşən boru xəttinin çökməsi nəticəsində  Sahil-Sumqayıt magistral avtomobil yolunun kənarlarına axan çirkab sularının qarşısının alınması üçün  kanalizasiya xəttinin ( sıradan çıxan   təxminən 70 metr hissəsinin) bərpa edilməsinə, Hökməli bələdiyyəsinin ərazisində dəmiryolun üstündə yerləşən yaşayış massivinə ayrica xətlə su verməklə qəsəbəyə verilən suyun təzyiqinin aşağ salınması ilə baş verən qəzaların qarşısının alnmasına, “Azərsu“ ASC-nin (indiki Azərbaycan Dövlət  Su Ehtiyatları Agentliyi) işçiləri tərəfindən su borularının təmiri zamanı bəzi küçələrdə  yararsız hala salınmış asfalt örtüyünün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən  bərpa edilməsinə, Agentlik tərəfindən 2022-2026-cı  illər ərzində  qəsəbənin müxtəlif məhəllədaxili yollarında asfaltlanmanın  başa çatdırılmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsinə  və digər  problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini  xahiş ediblər.    

Qəbul zamanı vətəndaşların  səsləndirdikləri  təkilf və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək  həll edilməsi üçün müvafiq qurumlara göndərilib.

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.  Müraciət edənlər bildiriblər ki,  belə görüşlər deputat-seçici münasibətlərinin  daha da yaxşılaşmasına xidəmət edir. 

Qəbulda  Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi rayon icra hakimiyyəti  başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Əsəd Məmmədov iştirak ediblər.